BŞTİ müəllim, şagird və valideynlərə çağırış edib

"Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələr üzrə V-IX siniflərdə 199 694, xüsusi məktəblərdə 1 845 nəfər təhsil alır".

Ucnoqta.az xəbər verir ki, bunu "Report"a açıqlamasında idarənin müdir müavini Xəyalə Əhmədzadə deyib.
Onun sözlərinə görə, həmçinin ümumi təhsil müəssisələrinin I-IV siniflərində 182 018 şagird oxuyur.

İdarə rəsmisi bildirib ki, məktəbəhazırlıq qruplarına isə 27 122 uşaq cəlb olunub: "Yəni, artıq paytaxt məktəblərində ümumilikdə 410 000-dən çox təhsilalanın və təxminən, 25 000-dən çox təhsilverənin əyani tədrisə qismən cəlb olunmasından söhbət gedir.

Bu da təbii ki, küçələrdə, nəqliyyatda müəyyən sıxlıqla müşaiyət oluna bilər. Bu baxımdan müəllimlər, valideynlər və şagirdlər diqqətli olmalı, özlərini evdən və məktəbdən kənarda daha etibarlı qorumalıdırlar".

Tarix
17 May 2021 [09:32]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-05-17 09:32:07
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin