Ağcabədidə ağır qəza: 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb

20:55 - 16 May 2021 - HADİSƏ

Ağcabədi rayonunda baş verən yol qəzası nəticəsində ölənlər və xəsarət alanlar var.

Hadisə rayonun Hüsülü kəndi ərazisində baş verib. Hərəkətdə olan “VAZ 2106” markalı, 06-BG-270 dövlət nömrə nişanlı avtomobilin idarəetməsi itdiyindən yol kənarındakı beton dirəyə çırpılıb.
Hadisə zamanı sürücü, 1991-ci il təvəllüdlü Həsənov Mirağa Adişirin oğlu dünyasını dəyişib.

Qəzada Hüslü kənd sakinləri - 2004-cü il təvəllüdlü Baxışov Coşqun Mirdamət oğlu, 2003-cü il təvəllüdlü Məmmədov Orxan Məhəmməd oğlu və 2006-cı il təvəllüdlü Məmmədov Sənan Elbrus oğlu xəsarət alıb.

Avtomobildə olan üç sərnişin ağır bədən xəsarətləri ilə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. ///apa

Xəbər xətti