Sabirabadda “Mercedes” kanala aşdı - sürücü xəsarət aldı

21:22 - 15 May 2021 - HADİSƏ

Sabirabadda avtomobilin kanala aşması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Azadakənd kəndində qeydə alınıb.
“Mercedes” markalı avtomobili idarə edən kənd sakini, 1986-cı il təvəllüdlü Abdullayev Şahmar Pirəhməd oğlu idarəetməni itirərək avtomobili kanala aşırıb.

Ağır xəsarət alan sürücü Şirvan şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti