Ucnoqta.az
www.ucnoqta.az

Sabirabadda “Mercedes” kanala aşdı - <font color=red><b>sürücü xəsarət aldı</b></font>

21:22 - 15 May 2021 tarixində dərc olunub.

Sabirabadda avtomobilin kanala aşması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Azadakənd kəndində qeydə alınıb.
“Mercedes” markalı avtomobili idarə edən kənd sakini, 1986-cı il təvəllüdlü Abdullayev Şahmar Pirəhməd oğlu idarəetməni itirərək avtomobili kanala aşırıb.

Ağır xəsarət alan sürücü Şirvan şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Müəllif: