Bakıda daha bir piyada səkisi zəbt olunub - BNA - Foto

19:27 - 12 May 2021 - Xəbər

Piyada səkisinin zəbt olunması ilə bağlı növbəti hal Xətai rayonunda Xudu Məmmədov küçəsində qeydə alınıb.

Bu barədə Ucnoqta.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib. Məlumatda bildirilir:

"Hər bir belə qanunsuz hal tərəfimizdən aşkar edilərək aradan qaldırılması üçün gərəkli addımlar atılır. Vətəndaşlardan xahiş edirik ki, səkilərin zəbt olunması hallarıyla rastlaşdıqda bu barədə Bakı Nəqliyyat Agentliyinə məlumat versinlər. Həmçinin, bu cür qanunsuz əməllərə yol verənləri, ictimai qınağa çəkməyə çağırırıq".


Xəbər xətti