Masallıda avtomobil 5 yaşlı uşağı vurub

Masallı rayonunda azyaşlının xəsarət allması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə Qızılağac kəndində qeydə alınıb. Avtomobil 2016-cı il təvəllüdlü Məmmədli Əli Bayram oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə əvvəlcə Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona sağ bazu sümüyünün sınığı və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub. Hadisənin təfərrüatı araşdırılır.
Tarix
10 May 2021 [08:59]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-05-10 08:59:15
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin