"Yalnız sərt və tam qapanma" - Mirşahin Operativ Qərargaha çağırış etdi

11:35 - 6 May 2021 - Xəbər

“Real” televiziyasının direktoru Mirşahin Ağayev Operativ Qərargahı karantini sərtləşdirməyə çağırıb.

M.Ağayev qeyd edib ki, bayram günlərində tam qapanma tələb edir: “Bir vətəndaş kimi, az-çox tanınan bir jurnalist kimi, insan kimi! Novruz tətilinin fəsadlarını hələ hiss etməkdəyik.

Nə qədər bədbəxt dünyadan məhz bizim eksperimentlərimizə görə köçdü. Sərt qapanma! Yalnız sərt və tam qapanma! Bu bəlaya qalib gəlməyin yolu gerçək qapanmadan keçir!

Bütün “aç-burax!” tipli populizmləri, populistləri rədd edirəm! Türkiyə normal yay keçirmək üçün tam qapanmanı seçdi.  

Bir millət, İki dövlət! deyirik! Bir millət, iki dövlət deyilik? Bu gün qapanmaqla sabahın normal şəraitini yaradaq! Vaksinasiyanı isə tam məcburi edək! Qurtar bu sosial şəbəkə şantajından, Dövlət! Öz işini gör!”.///olke.az

Xəbər xətti