Bakıda doğuş zamanı FACİƏ: Əkizlər boğularaq ölüb

Bakıda doğuş zamanı əkizlər boğularaq ölüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Report”a körpələrin babası, Salyan rayonunun Ərəbqardaşbəyli kənd sakini İmanov Əlisahib Balaşoğlu məlumat verib. Ə.Balaşoğlunun sözlərinə görə, o, gəlini, 2000-ci il təvəllüdlü Nəcəfova Pərvanə Məhəmməd qızını doğuş vaxtına az müddət qaldığından Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasına aparıb.

Bir neçə gün həkim nəzarətində qalan P.Nəcəfova bu gün səhər saat 09:00 radələrində qeysəriyyə əməliyyatına hazırlanıb. Lakin qeysəriyyə əməliyyatı saat 14:30 radələrində aparılıb.

Cinsi oğlan olan əkizlər ana bətnində boğularaq ölüb. Ə.İmanovun sözlərinə görə, körpələr səhər saatlarında ana bətnində sağ olub. Həkimlər tərəfindən qeysəriyyə əməliyyatı gecikdirdiyindən körpələr ana bətnində boğularaq ölüb.

O, körpələrin ölümündə həkimləri günahlandırıb. Faktla bağlı araşdırma aparılır.

Tarix
5 May 2021 [23:57]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-05-05 23:57:05
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin