Bərdədə "BMW" markalı avtomobil yanıb

23:52 - 4 May 2021 - HADİSƏ

Bərdədə "BMW" markalı avtomobil yanıb.

Hadisə şəhərin Bakı küçəsində qeydə alınıb.
Belə ki, şəhər sakini, 1981-ci il təvəllüdlü Quliyev Elçin Sahib oğluna məxsus 90 LV 709 dövlət qeydiyyat nişanlı avtomobil anidən dayanacaqda alışıb.

Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.///qafqazinfo

Xəbər xətti