Şəkidə yük və minik avtomobilləri toqquşub - xəsarət alanlar var - Foto

23:00 - 1 May 2021 - HADİSƏ

Şəkidə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə axşam saatlarında rayonun Baş Layısqı kəndində qeydə alınıb.
Şəki sakini, 59 yaşlı Eyvaz Hüseynovun idarə etdiyi "VAZ-2106” markalı avtomobil, Gədəbəy rayonu Pərizamanlı kənd sakini 39 yaşlı Aftandil Məsmalıyevin idarə etdiyi TIR-la toqquşub. Nəticədə "VAZ-2106"da olan sürücü və sərnişin xəsarət alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.///report


Xəbər xətti