Ucnoqta.az
www.ucnoqta.az

Şəkidə yük və minik avtomobilləri toqquşub -<font color=red><b> xəsarət alanlar var - Foto</b></font>

23:00 - 1 May 2021 tarixində dərc olunub.

Şəkidə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə axşam saatlarında rayonun Baş Layısqı kəndində qeydə alınıb.
Şəki sakini, 59 yaşlı Eyvaz Hüseynovun idarə etdiyi "VAZ-2106” markalı avtomobil, Gədəbəy rayonu Pərizamanlı kənd sakini 39 yaşlı Aftandil Məsmalıyevin idarə etdiyi TIR-la toqquşub. Nəticədə "VAZ-2106"da olan sürücü və sərnişin xəsarət alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.///report

Müəllif: