Bill Qeyts koronavirus əleyhinə peyvənddən DANIŞDI

09:11 - 29 Aprel 2021 - DÜNYA

"Koronavirus əleyhinə peyvənd patentindən imtina pis fikirdir!

Bunu “Sky News“-un jurnalistləri ilə söhbət zamanı “Microsoft” korporasiyasının banisi Bill Qeyts bildirib.
Belə ki, Qeyts jurnalistin “Əqli mülkiyyət haqqı barədə qanunun ləğvi peyvəndin dünyada yayılmasına yardım edə bilərmi?” sualına “Xeyr” cavabı verib.

“Bu məsələdə işləri gecikdirən tək şey əqli mülkiyyət deyil. Sehirli şəkildə təhlükəsiz vaksin hazırlayan və təsdiq alan bir peyvənd fabriki yoxdur. Belə şeylər üçün sınaqlar olmalıdır və hər istehsal prosesinə çox diqqətlə nəzarət edilməlidir”, - deyə Qeyts bildirib.

Qeyts zəngin ölkələrin ardından kasıb ölkələrin peyvəndləmə müddətinin ortalama 10 il olacağını bildirib.

Xəbər xətti