FED uçot dərəcəsi ilə bağlı qərar verdi

23:02 - 28 Aprel 2021 - DÜNYA

ABŞ-ın Mərkəzi Bankı funksiyasını yerinə yetirən Federal Ehtiyat Sistemi (FED) növbəti dəfə uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxlayıb.

“Report” xəbər verir ki, bu barədə nizamlayıcının rəhbərliyinin iclasının nəticəsinə dair məlumatda bildirilir.
Açıq bazar əməliyyatları üzrə komitə federal fondlar faiz nisbətini 0-0,25% səviyyəsində saxlamağa qərar verib və hesab edib ki, əmək bazarındakı şərtlər təxminlərə uyğun səviyyəyə çatana qədər bu aralığın qorunması məqsədəuyğundur.

Xatırladaq ki, Federal Ehtiyat Sistemi 2021-ci ildəki ikinci iclasında - martda da uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxlayıb. Qərar bir sıra mütəxəssislərin proqnozları ilə üst-üstə düşür. Bəzi ekspertlər FED-in uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxlayacağını proqnozlaşdırırdılar.

Xəbər xətti