İsrail hərbçiləri ölkənin hava məkanına daxil olan dronu vurublar

00:13 - 28 Aprel 2021 - DÜNYA

İsrail Müdafiə Qüvvələri hərbi qulluqçuları Livandan ölkənin hava məkanına daxil olan pilotsuz uçuş aparatını vurublar.

Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.
Məlumatda qeyd olunub: "Bir müddət əvvəl İsrail hərbi qulluqçuları "mavi xəttin" şərq hissəsində Livandan İsrailin hava məkanına daxil olan pilotsuz uçuş aparatını vurublar".

Xəbər xətti