Gürcüstan parlamentinə yeni sədr seçildi

16:47 - 27 Aprel 2021 - DÜNYA

Kaxa Kuçava Gürcüstan parlamentinin yeni spikeri seçilib.

Trend-in nəlumatına görə, yeni spikerin lehinə 86, əleyhinə 6 deputat səs verib.

Hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının irəli sürdüyü K.Kuçava spiker vəzifəsinə yeganə namizəd olub.

Qeyd edək ki, bundan əvvəlki spiker Arçil Talakvadze aprelin 24-də istefa vermişdi.

Xəbər xətti