Türkiyədə İncirlik hərbi bazası bağlana bilər

11:30 - 26 Aprel 2021 - DÜNYA

Türkiyədə ABŞ Hərbi Hava Qüvvələrinin istifadə etdiyi İncirlik hərbi bazasının bağlanması istisna olunmur.

Bu barədə Türkiyə mətbuatı yazır.

Qeyd olunur ki, bu, ABŞ prezidenti Co Baydenin 1915-ci il hadisələri ilə bağlı açıqlamalarına cavab addımı ola bilər.

Bazanın bağlanması məsələsi yaxın günlərdə Türkiyə parlamentində müzakirə oluna bilər. Bununla belə, Türkiyənin rəsmi qurumları bu məlumatı nə təsdiq, nə də təkzib etməyib.///trend

Xəbər xətti