Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlanıb

23:49 - 25 Aprel 2021 - DÜNYA

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 347 nəfər dünyasını dəyişib.

Bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər. Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 38 358 nəfərə çatıb.

Bildirilib ki, ölkədə 38 553 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 4 629 969 nəfərə çatıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 51 236 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 4 073 644 nəfər təşkil edir.

Xəbər xətti