İran öz vaksininin tətbiqinə başladı

20:41 - 25 Aprel 2021 - DÜNYA

İran COVİD-19 əleyhinə peyvəndin kütləvi istehsalına başlayıb.

Axar.az xəbər verir ki, ölkənin COVİRAN adlı vaksininin sınaqları üçüncü mərhələdədir, lakin artıq onu könüllülərə tətbiq etməyə başlayıblar.

İranın koronavirus üzrə Elmi Şuranın rəhbəri Məhəmməd Möhbirin sözlərinə görə, ölkədə sentyabr ayına qədər 30 milyon dozada vaksin istehsal olunacaq.

Xəbər xətti