Rusiya Donbasda vətəndaşlıq paylanmasını sürətləndirir

15:45 - 24 Aprel 2021 - DÜNYA

Rusiya vətəndaşlığı alan qondarma Donetsk və Luqansk “xalq respublikaları”nın vətəndaşlarının sayı 2021-ci ilin sonuna qədər iki dəfə artacaq.

Axar.az xəbər verir ki, bu məlumatı Rusiya Dumasının deputatı Viktor Vodolatski yayıb. O, bununla Rusiya vətəndaşlığı alan əhalinin sayının 1 milyon nəfərə çatacağını bildirib.
Vodolatski hazırda Donbasda 538 min Rusiya vətəndaşının yaşadığını bildirib.

Qeyd edək ki, hər iki qondarma rejimin əhalisinin ümumi sayı 3,6 milyondur.

Xəbər xətti