Daha iki ölkə Rusiya diplomatlarını çıxarır

15:55 - 23 Aprel 2021 - DÜNYA

Latviya və Litva da Rusiya diplomatlarını ölkədən çıxarmağa qərar verib.

APA-nın Latviya Xarici İşlər Nazirliyinin (XİN) saytına istinadən verdiyi xəbərə görə, Latviya XİN başçısı Edqars Rinkevics bildirib ki, Rusiyanın Latviyadakı səfirliyinin bir diplomatı "persona non qrata" elan olunub.

Bildirilib ki, bu qərar Latviyanın Çexiya ilə həmrəy olduğunu göstərmək, həm də Rusiya səfirliyinin diplomatının Latviyada etdiyi qanun pozuntuları ilə əlaqədardır.

"Latviya Rusiya ilə münasibətləri qarşılıqlı hörmət, beynəlxalq hüquq və diplomatik münasibətlər haqqında Vyana Konvensiyasında göstərilən prinsiplər əsasında inkişaf etdirməkdə maraqlıdır. Rusiyanın hərəkətləri uzun müddətdir, bu prinsiplərin sistematik şəkildə pozulduğunu və təhlükəsizlik vəziyyətinin pisləşdiyini göstərir. Bu gün bu qərar Rusiya Federasiyasının Latviyadakı səfirliyinin səlahiyyətli nümayəndəsi Vadim Vasilyevə bildirilib", - deyə Latviya XİN başçısı bildirib.

Litva hökuməti də Çexiya ilə həmrəylik nümayiş etdirmək üçün iki Rusiya diplomatını ölkədən çıxarmaq qərarına gəldiyini bildirib.
Bu barədə ölkənin xarici işlər naziri Qabrielus Landsberqis açıqlama verib.

Xəbər xətti