Çexiya Rusiya səfirliyinə bir ay vaxt verdi

07:43 - 23 Aprel 2021 - DÜNYA

“Rusiyanın Praqadakı səfirliyinin 63 əməkdaşı Çex Respublikasını tərk etməlidir”. APA xəbər verir ki, bu barədə cümə axşamı Çex televiziyasında ölkənin Xarici İşlər naziri Yakub Kulqanek bildirib. Nazir deyib ki, söhbət ailə üzvləri ilə birlikdə Çexiyanı tərk edəcək Rusiya səfirliyinin 63 əməkdaşından gedir: “Rusiyanın Praqa səfirliyindəki rus diplomatların sayı Çexiyanın Moskvadakı diplomatlarının sayına qədər azaldılacaq”. Kulqanek əlavə edib ki, sözügedən qərar bu gündən qüvvəyə minir. Rusiya tərəfi bununla bağlı məlumatlandırılıb. Onlar may ayının sonuna qədər Çexiyanı tərk etməlidirlər”.

Xəbər xətti