Sabah Putinlə Lukaşenko görüşəcək

18:27 - 21 Aprel 2021 - DÜNYA

Aprelin 22-də Moskvada Rusiya prezidenti Vladimir Putinlə Belarusun dövlət başçısı Aleksandr Lukaşenko arasında görüş olacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı Kremlin mətbuatı xidməti yayıb.

Dövlət başçıları iki ölkə arasında əməkdaşlığın inkişaf perespektivlərini müzakirə edəcəklər. Eyni zamanda görüşdə Rusiya-Belarus İttifaqı dövlətinə dair məsələlərin nəzərdən keçiriləcəyi gözlənilir.

Xəbər xətti