Ukraynada fövqəladə vəziyyət və karantin rejimi uzadıldı

16:37 - 21 Aprel 2021 - DÜNYA

Ukraynada koronavirus pandemiyası ilə əlaqədar fövqəladə vəziyyət rejimi, eləcə də karantin tədbirləri iyunun 30-dək uzadılıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin baş naziri Deni Şmıqal Nazirlər Kabinetinin iclasında deyib.
Ukraynada hazırkı karantin rejimi aprelin 30-dək qüvvədə idi.

Ölkədə bu günədək 1,98 milyona yaxın şəxs koronavirusa yoluxub, 40 796 nəfər vəfat edib.

Xəbər xətti