ABŞ-da polisin qaradərili qızı güllələdiyi anın VİDEOSU

14:54 - 21 Aprel 2021 - DÜNYA

Kolambus polisi ötən gün güllələnərək öldürülən qaradərili qızla bağlı materialları ictimailəşdirib.

Adının Makay Brayant olduğu bildirilən qadının əlindəki bıçaqla bir xanımı ayağından bıçaqladığı, polisin dəfələrlə xəbərdarlığına baxmayaraq, digər qıza da hücum etdiyi bildirilir.

Ohayo statının Kolambus şəhər polisi kadrları yaymaqla əslində polisin digər gənc qızı qorumaq üçün atəş açmağa məcbur olduğunu bildirib.
Polis atəşdən dərhal sonra qadına tibbi yardım göstərib, ancaq 4 güllə yarası alan qadını xilas etmək mümkün olmayıb.

Atəş açan polis patrul xidmətindən müvəqqəti olaraq kənarlaşdırılıb.///axar.az

Xəbər xətti