Rusiya bu ölkənin diplomatlarına 72 saat vaxt verdi ...

23:53 - 20 Aprel 2021 - DÜNYA

Bolqarıstanın Rusiyadakı səfiri Atanas Kristin Xarici İşlər Nazirliyinə çağırılıb.

Ucnoqta.az xəbər verir ki, Rusiya XİN Bolqarıstanın bu ölkədəki səfirinə nazirliyin notasını təqdim edib. Qərarda Bolqarıstanın Rusiyadakı səfirliyinin Konsulluq Xidmətinin birinci katibi Nikolay Panayotov və bu qurumun digər əməkdaşı Çavdar Xristozov “arzuolunmaz şəxs” elan edilərək, onlara Rusiyanı tərk etmələrinə 72 saat vaxt verilib.

Bu qərar Bolqarıstan tərəfinin bu ilin mart ayında Rusiyanın Sofiyadakı səfirliyinin iki əməkdaşının “persona non qrata” elan edilməsinə cavab olaraq verilib.

Xəbər xətti