ABŞ qırıcı təyyarələrini Polşaya göndərib

08:30 - 20 Aprel 2021 - DÜNYA

ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığı təlim çərçivəsində onlarla qırıcı təyyarələrini Polşaya gönədərib. APA TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Mariuş Blaşak “Twitter”də açıqlama verib. “Bu gün bir neçə ABŞ F-15 və F-16 təyyarələri Polşaya gətirilib. ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığı, xüsusi olaraq Polşa hava limanlarından istifadə etməklə hərbi hava qüvvələrinin sürətli olaraq Avropada yerləşdirilməsini həyata keçirir”, - deyə nazir yazıb. Onun sözlərinə görə, birgə təlimlər Mərkəzi və Şərqi Avropa bölgələrinin təhlükəsizliyini gücləndirəcək.

Xəbər xətti