Göygöldə iki avtomobil toqquşub, xəsarət alanlar var

14:07 - 19 Aprel 2021 - HADİSƏ

Göygöldə yol nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Yeni Qıcılca kəndində qeydə alınıb. “VAZ 21015” markalı minik maşını digər minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti