Ucnoqta.az
www.ucnoqta.az

Göygöldə iki avtomobil toqquşub, <font color=red><b>xəsarət alanlar var</b></font>

14:07 - 19 Aprel 2021 tarixində dərc olunub.

Göygöldə yol nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Yeni Qıcılca kəndində qeydə alınıb. “VAZ 21015” markalı minik maşını digər minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: