Hərbi bazaya hücum - 2 nəfər yaralanıb

23:22 - 18 Aprel 2021 - DÜNYA

İraqda ABŞ hərbçilərinin yerləşdiyi Bələd hərbi bazası raket atəşinə tutulub.

Axar.az xəbər verir ki, bu barədə İraq mediası məlumat yayıb.

Hücum zamanı 2 nəfər yaralanıb. Onların hərbçi, yaxud mülki şəxs olduğu məlum deyil. Hələlik, insidentlə bağlı rəsmi açıqlama verilməyib.

Xəbər xətti