NASA helikopterinin Marsda ilk uçuş tarixi açıqlanıb

17:55 - 18 Aprel 2021 - DÜNYA

"Perseverance" (Əzmkarlıq) adlı planet roveri ilə birgə 4 apreldə Marsa çatan və mənfi 90 dərəcə temeratur sinağından uğurla çıxaraq akkumulyatorlarını günəş paneli vasitəsi ilə doldura bilən "Ingenuity" (İxtiraçılıq) adlı helikopterinin Qırmızı Planetdə ilk sınaq uçuşu 19 aprelə planlaşdırılıb.

Bu barədə ABŞ Milli Aviasiya və Kosmik İdarəsi (NASA) bildirib. Uçuş bakı vaxtı ilə saat 11:30-da baş tutmalıdır.
Uçuşun nəticələri barədə məlumatlar plan gerçəkləşərsə Yer kürəsinə bir neçə saat ərzində çatdırıla bilər.

20-30 saniyə davam edəcək ilk uçuşun hündürlüyü təxminən üç metr olacaq. Daha sonra bu göstəricini beş metrə qaldırmaq planlaşdırılır.///trend

Xəbər xətti