Hosteldə qalan qızların ölümü ilə bağlı TƏFƏRRÜAT

Ötən gün Bakıda gənc qızların hosteldə dəm qazından ölməsi ilə bağlı təfərrüat məlum olub.

Unikal.org-un məlumatına görə, Səbail rayonu, T.Əliyarbəyov küçəsi 6 ünvanında yerləşən “Seaside” hostelində müvəqqəti qalan Dadaşova Ləman Əhməd qızı 2002-ci il təvəllüdlü olub.

Həmin hosteldə müvəqqəti yaşayan Mamedova Xəyalə Müseyib qızı isə 2001-ci ildə anadan olub. O, orta təhsilli və subay imiş. Qızların hamam otağında axar su qızdırıcısından yaranan dəm qazından zəhərlənərək ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Hazırda qeyd olunan fakt üzrə Səbail rayon prokurorluğunda araşdırma aparılır.

Tarix
17 Aprel 2021 [11:23]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-04-17 11:23:37
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin