Bakıda üç avtomobil toqquşub -FOTO

23:08 - 16 Aprel 2021 - HADİSƏ

Bakıda üç avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Hadisə paytaxtın Səbail rayonunda qeydə alınıb.

Belə ki, hadisə nəticəsində "Toyota", "BMW" və "Kia" markalı avtomobillər toqquşub.

"BMW" markalı avtomobil hadisə yerindən uzaqlaşıb.

Qəza yerinə DYP əməkdaşları gəlib. Hazırda hadisənin təfərrüatları araşdırılır./report


Xəbər xətti