Raket-artilleriya batareyalarının döyüş atışlı taktiki təlimləri keçirilir - Video

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci ilin döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunda Raket və artilleriya qoşunları bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilir.

Müdafiə Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, şəxsi heyətin peşəkarlığının artırılması məqsədilə keçirilən taktiki təlimlərdə müxtəlif çaplı toplardan və digər raket-artilleriya qurğularından nümunəvi döyüş atışları icra olunub. Real döyüş şəraitinə uyğun keçirilən təlimlərdə təyin olunan şərti hədəflər qoşunlarımızın dəqiq atəşi ilə məhv edilib.

Vətən müharibəsində əldə edilən təcrübə nəzərə alınmaqla bölmələrin fasiləsiz idarəedilməsi, onların digər qoşun növləri ilə qarşılıqlı əlaqədə döyüş fəaliyyətinin təşkili üzrə praktiki vərdişlərin təkmilləşdirilməsinə yönəldilən təlimlər davam edir.

Tarix
16 Aprel 2021 [15:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-04-16 15:00:11
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin