Bakıda ana və körpəsini maşın vurub, körpə ölüb

09:33 - 16 Aprel 2021 - HADİSƏ

Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hadisə Ramana qəsəbəsində baş verib.

Südçülük sovxozu ərazisində 1987-ci il təvəllüdlü Qasımova Sevda Rasim qızı və qucağında olan 1 yaşlı Yusifov Fərid Vəhab oğlunu "BMW" markalı nəqliyyat vasitəsi vurub. Hadisə nəticəsində 1 yaşlı F.Yusifov ölüb. Ağır xəsarət alan S.Qasımova isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Xəbər xətti