Ucnoqta.az
www.ucnoqta.az

Bakıda ana və körpəsini maşın vurub, <font color=red><b>körpə ölüb</b></font>

09:33 - 16 Aprel 2021 tarixində dərc olunub.

Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hadisə Ramana qəsəbəsində baş verib.

Südçülük sovxozu ərazisində 1987-ci il təvəllüdlü Qasımova Sevda Rasim qızı və qucağında olan 1 yaşlı Yusifov Fərid Vəhab oğlunu "BMW" markalı nəqliyyat vasitəsi vurub. Hadisə nəticəsində 1 yaşlı F.Yusifov ölüb. Ağır xəsarət alan S.Qasımova isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Müəllif: