Ərdoğan Yunanıstanın xarici işlər nazirini qəbul edib

17:17 - 15 Aprel 2021 - DÜNYA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Yunanıstanın xarici işlər naziri Nikol Dendiasını qəbul edib.

Görüş Türkiyə Prezidentinin Adminstrasiyasında keçirilib.

Görüşdə Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu da iştirak edib.

Qeyd edək ki, bu gün Türkiyə və Yunanıstan XİN başçıları arasında görüş olacaq. Ardınca nazirlər birgə mətbuat konfransı keçirəcək.

Xəbər xətti