NATO ABŞ-ın Rusiyaya qarşı sanksiyalarını dəstəkləyib

16:52 - 15 Aprel 2021 - DÜNYA

“NATO ABŞ-ın Rusiyaya tətbiq etdiyi yeni sanksiyaları dəstəkləyir”.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə NATO-nun aprelin 15-də yaydığı bəyanatda bildirilib.

“NATO-dakı müttəfiqlərin kollektiv təhlükəsizliyini təhdid etdiyi üçün Rusiyaya qarşı birgə fəaliyyət davam edir”, - alyansdan qeyd olunub.

NATO təmas üçün qapıların Rusiyaya açıq qaldığını da açıqlayıb.

Qeyd edək ki, ABŞ prezidenti Cozef Bayden aprelin 15-də Rusiyaya qarşı yeni saknsiyalar paketini imzalayaıb.

Xəbər xətti