"Yenə pandemiya olacaq" - ABŞ prezidenti

01:41 - 15 Aprel 2021 - DÜNYA

ABŞ prezidenti Cozef Bayden dünyanı bəşəriyyəti gözləyən növbəti pandemiyaya hazırlaşmağa çağırıb. Bu barədə “Report” "İnterfaks"a istinadən xəbər verir. "Yenə pandemiya olacaq. Və ona hazırlaşmaq lazımdır", - Amerika lideri deyib. O, həmçinin qeyd edib ki, pandemiyalar aktual məsələ kimi çıxış edir, hansıların ki, Amerika administrasiyası üzərində diqqətlə işləməlidir. Eyni zamanda Cozef Bayden söhbətin hansı epidemiyadan getdiyini dəqiqləşdirməyib.

Xəbər xətti