Moskvada kriminal avtoriteti öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Moskvada fitness klubunda törədilmiş qətldə şübhəli bilinən şəxs saxlanılıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsi rəhbərinin köməkçisi Yuliya İvanova bildirib.

“Moskvanın şimal-qərbindəki bir idman salonunda qətl törətməkdə şübhəli bilinən şəxs tutulub. Onun gizləndiyi evdə axtarışlar aparılır”, - deyə İvanova əlavə edib.

Qeyd edək ki, Moskvanın şimal-qərbindəki yaşayış kompleksində yerləşən bir fitness klubunda Azərbaycan əsilli kriminal avtoritet Albert Rıjiy kimi tanınan Əli Heydərov öldürülüb.

Tarix
14 Aprel 2021 [09:26]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-04-14 09:26:18
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin