Paytaxtın bu yolunda hərəkətin təşkilində dəyişiklik edilib - Foto

Bakının Nəsimi rayonunda, Üzeyir Hacıbəyli küçəsinin Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməsində yol hərəkətinin təşkilində dəyişikliklər edilib.

Bu barədə Ucnoqta.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.
Məlumata görə, kəsişmədə Ü.Hacıbəyli küçəsi üzərində sağ zolaqda məcburi sağa əmr edən nişanlanma xətti düzünə və sağa nişanlanma xətti ilə əvəzlənib, Ü.Hacıbəyli küçəsində zolaqlar üzrə hərəkət trayektoriyası (1,7 nişanlanma xətti) təşkil edilib, və işıqfor obyektində daimi sağa bölməsi ləğv edilib.

"Bu dəyişikliklər kəsişmədə hərəkəti buraxma qabiliyyətini 25 % artıracaq. Sürücülərdən dəyişiklikləri nəzərə almalarını və qaydalara riayət etmələrini xahiş edirik" - deyə, BNA-dan bildirilib.

Tarix
13 Aprel 2021 [17:22]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-04-13 17:22:33
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin