DİN: Ötən dövrdə 1 321 nəfər azad edilmiş ərazilərə qanunsuz keçməyə cəhd göstərib

Ötən dövr ərzində işğaldan azad edilmiş ərazilərə qanunsuz olaraq keçməyə cəhd göstərən şəxslərin sayı açıqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev "Report"un sorğusuna cavab olaraq bildirib ki, ötən dövr ərzində 1 321 nəfər işğaldan azad edilmiş ərazilərə qanunsuz olaraq keçməyə cəhd göstərib.

O qeyd edib ki, həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbir görülüb: "Ölüm hallarının baş verdiyi hadisələrə görə barələrində cinayət işi başlananlar və həbs edilənlər də var. Hələ də işğaldan azad edilmiş ərazilərə qanunsuz şəkildə keçməyə çalışanlara rast gəlinir".

Tarix
12 Aprel 2021 [23:24]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-04-12 23:24:17
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin