Türkiyə İtaliyadan hərbi helikopter almaqdan İMTİNA ETDİ - QALMAQAL

Türkiyə hökumət İtaliyanın “Leonardo” (keçmiş “Finmeccanica”) hərbi-sənaye konsorsiumundan Hərbi Hava Qüvvələri üçün təlim helikopterlərinin alınması ilə  müqaviləni dayandırıb.

“La Repubblica” qəzetinin bazar günü yazdığı məlumata görə, 70 milyon avro dəyərində müvafiq müqavilənin bu günlərdə imzalanması gözlənilirdi. Lakin Türkiyə tərəfi İtaliyanın Baş naziri Mario Draginin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı açıqlamalarına görə müqaviləni təxirə salıb .

Qəzetin yazdığına görə, AW169 maşınlarının köhnə “Agusta-Bell 206” modelini əvəz etməsi üçün imzalanmalı olan razılaşma İtaliya tərəfinə 150 milyon avroya qədər gəlir gətirə bilər. Nəşr iddia edir ki, İtaliyanın enerji sektoru da təhlükə altındadır. Ankaranın Romanın rəsmi şəkildə üzr istəməsi üçün u yolla təzyiq göstərməyə çalışdığı ehtimal olunur.///oxu.az

Tarix
11 Aprel 2021 [12:51]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-04-11 12:51:38
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin