Türk Şurasının nümayəndə heyətinin Ağdama səfəri başlayıb

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) nümayəndə heyətinin Azərbaycanın işğaldan azad olunmuş Ağdam şəhərinə səfəri başlayıb.

“Report”un xəbərinə görə, səfərdə Türk Şurasının informasiya və media üzrə məsul nazirləri və yüksək vəzifəli rəsmiləri iştirak edirlər.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev işğaldan azad edilən Baş Qərvənd kəndində düşmənin qurduğu postlar barədə məlumat verib.

Qeyd olunub ki, ermənilər həmin ərazidə bir neçə səddən ibarət istehkamlar qurublar. Burada düşmənin mifləşdirdiyi “Ohanyan səddi” olub.

Qeyd edək ki, “Ohanyan səddi” 44 günlük Vətən müharibəsinin ilk günlərində mühəndis qoşunlarımızın hissə və bölmələri tərəfindən qısa müddətdə yarılıb. Azərbaycan Ordusu partlayan və partlamayan maneələrlə kombinə edilmiş bir neçə yaruslu müdafiə sisteminin yarılması və qoşunların hərəkətinin təmin olunması tapşırığını uğurla yerinə yetiriblər. Ermənilərin özü-özlüyündə keçilməsini mümkünsüz hesab etdiyi maneələr sistemi mühəndis qoşunlarımızın yüksək döyüş hazırlığı və müasir silahlarla komplektləşməsi sayəsində peşəkarlıqla dəf edilib.

Xatırladaq ki, aprelin 10-da Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısı keçirilib.

Tarix
11 Aprel 2021 [11:51]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-04-11 11:51:09
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin