Ukraynada marixuana leqallaşdırıldı

19:29 - 9 Aprel 2021 - DÜNYA

Ukrayna Nazirlər Kabineti ölkədə tibbi məqsədlərlə istifadə üçün marixuananı leqallaşdırıb.

Trend-in məlumatına görə, bu barədə müvafiq qərar hökumətin saytında yer alıb.
Qərara əsasən, Ukraynada kannabis əsaslı üç dərman preparatının istifadəsinə icazə verilir.

Bu preparatlar sırasında Dronabinol, Nabilon və Nabiksimols yer alıb.

Xəbər xətti