Şahzadə Filip vəfat edib

15:28 - 9 Aprel 2021 - DÜNYA

Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası II Elizabetin həyat yoldaşı, Edinburq Hersoqu Şahzadə Filip vəfat edib.

Bu barədə Kral ailəsi məlumat yayıb.

“Əlahəzrət Kraliça həyat yoldaşı Edinburq Hersoqu Şahzadə Filipin ölümünü dərin kədərlə elan edir. Şahzadə bu gün səhər Vindsor qəsrində vəfat edib", - deyə Kral sarayının məlumatında qeyd olunub.

Əlavə edək ki, Şahzadə Filip 99 yaşında dünyasını dəyişib. ///Apa

 

Xəbər xətti