Bu ölkə sərt karantinə keçir - Qərar verildi

13:49 - 9 Aprel 2021 - DÜNYA

İran sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiqinə başlayır. Sabahdan etibarən İranda həyati və zəruri sahələr istisna olmaqla bütün iş yerləri bağlanılır.

APA-nın məlumatına görə, bu barədə İranda Koronavirusa Qarşı Mübarizə Mərkəzinin mətbuat katibi Əlirza Rəisi açıqlama verib.
O bildirib ki, koronavirusun dördüncü dalğasının daha geniş yayılmasının qarşısını almaq üçün sabahdan ölkədə zəruri sahələr istisna olmaqla bütün iş yerləri bağlanacaq.

Əlavə edilib ki, bu rejim 10 gün davam edəcək.

Xəbər xətti