Bu ölkədə “AstraZeneca” ilə peyvəndlənməyə QADAĞA

08:03 - 9 Aprel 2021 - DÜNYA

Şimali Makedoniyada 60 yaşadək insanların İngilis-İsveç şirkətlərinin birgə istehsalı olan “AstraZeneca” ilə peyvəndlənməsi qadağan edilib.

APA-nın məlumatına görə, bu barədə ölkənin Səhiyyə naziri Venko Filipçe bildirib. Nazir qeyd edib ki, sözügedən peyvənd əhalinin bir hissəsində 60 yaşadək insanlarda trombotik reaksiyalara səbəb olduğundan hökumət bu qərarı verib.

Qeyd edək ki, pandemiya dövründən bəri Sloveniyada 139 min koronavirusa yoluxma, 4,1 mindən çox ölüm qeydə alınıb.

Xəbər xətti