Koronavirusun yeni mutasiyaları ABŞ-da sürətlə yayılır - Cozef Bayden

00:56 - 7 Aprel 2021 - DÜNYA

Koronavirusun yeni mutasiyaları ABŞ-da sürətlə yayılır və yeni yoluxma halları yenidən artır, buna görə də demək olmaz ki, ölkədə pandemiya ilə mübarizə finişə çatıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Cozef Bayden bildirib.

"Çox yaxşı xəbərlər var, amma eləcə də bəzi (bir qədər-red) pis xəbərlər var. Virusun yeni növləri tez, yayıldıqca yayılır, yeni yoluxma hallarının sayı yenidən artır, xəstəxanalara yerləşdirilənlərin sayı daha azalmır", - Ağ Ev rəhbəri deyib.

"Mənə sizinlə açıq danışmağa icazə verin: biz finiş xəttində deyilik", - Bayden əlavə edib.

Xəbər xətti