İrəvana gedən hərbi yükün qarşısı alındı

17:39 - 6 Aprel 2021 - DÜNYA

Rusiyanın Ural regional operativ gömrüyünün əməkdaşları Ermənistana tankın ehtiyat hissələrinin göndərilməsinə cəhdin qarşısını alıb.

Ucnoqta.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Ural Gömrük İdarəsinin Mətbuat xidməti məlumat yayıb.
“Hərbi təyinatlı 8L026P tezlikli, 30 polarizə edilmiş RP-5 relesi olan 37 stabilizator tankın idarə edilməsində istifadə olunur. Stabilizatoru Uralın cənubundan olan Çelyabinsk vilayətinin sakini göndərib”, - məlumatda vurğulanıb.

Bildirilib ki, bu stabilizatorlar hərbi texnikalarda, o cümlədən T-72 markalı tanklarda istifadə olunur.
Fakt üzrə cinayət işi başlanıb. Bildirilir ki, bu cinayətin cəzası 7 il həbs və ya 1 milyon rubladək cərimədir.

Xəbər xətti