Putin Koçaryanla danışdı

15:27 - 6 Aprel 2021 - DÜNYA

Rusiya Prezidenti Vladimir Putin ötən həftə Ermənistanın keçmiş prezident Robert Koçaryanla danışıb.

Erməni KİV-lərinin məlumatına görə, ünsiyyət Koçaryanın “Sistem” maliyyə korporasiyasının direktorlar şurasının iclasında iştirak etmək üçün Moskvaya səfəri zamanı baş tutub. Onlar Ermənistanda iyunda keçiriləcək seçkiləri, regiondakı situasiyanı, Qarabağı və digər məsələləri müzakirə ediblər. Söhbət koronavirusa görə videokonfrans rejimində baş tutub və bir saata yaxın davam edib.

Robert Koçaryan növbədənkənar seçkilərdə öz bloku ilə iştirak etməyə hazırlaşır.
Bu ünsiyyət Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvaya sabaha nəzərdə tutulan səfəri ərəfəsində baş verir. Paşinyan səfər ərəfəsində “İnterfaks”a müsahibəsində deyib ki, Ermənistan Rusiya ilə “uzunmüddətli və hərtərəfli hərbi-texniki əməkdaşlıqda” maraqlıdır. O, Rusiyadan yeni silahların, döyüş sursatının, habelə Su-30SM qırıcılarının təchizatını müzakirə edəcəklərini deyib. ///virtualaz.org

Xəbər xətti